“Napoli”nin hücumçusu Covanni Simeone gələcəkdə atası, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə daha yaxın olmaq üçün İspaniyaya köçmək istədiyini vurğulayıb.
Aut.az xəbər verir ki, o, atasının rəhbərliyi altında oynamaq istəmədiyini də etiraf edib.
“Xoşbəxtlikdən hələ qarşıda karyeramın uzun illəri var və ümid edirəm ki, bir gün İspaniyaya köçəcəyəm. Ümid edirəm ki, bir gün atamı görmək istəyəndə təyyarəyə minməyə məcbur olmayacam (gülür).
Mən onun komandasına qoşulmaq istəməzdim, çünki atanız məşqçi olanda heyətə uyğunlaşmaq çətindir. Məşqçi haqqında danışmaq istəyirlərsə və mən ordayamsa…
Bilmirəm. Məşqçi oğlu olduğu üçün komandaya qoşulmaq çətindir. Ola bilsin ki, bu vəziyyət məşqçi üçün daha sadədir: oğlu yaxşı oynayırsa, qoy meydana çıxsın, yoxsa, yox”, – deyə “Marca” Simeonedən sitat gətirib.
Aut.az