İtaliya

Mən meymunamsa, o kimdir? – Tyuramı ittiham edən qadının təhqirə cavabı

Markus Tyuramı zorakılıqda ittiham edən pornoaktrisa tənqidlərə cavab verib.

Daha əvvəl “İnter “in futbolçusunun keçmiş sevgilisi, pornoaktrisa Şarlotta Leviş sosial şəbəkədə 2022-ci ilin may ayında futbolçunu məişət zorakılığında günahlandıran bir video yayımlamışdı.

Leviş qolunun qançır olduğunu əks etdirən görüntüləri göstərib və Tyuramın onu cinsi əlaqəyə məcbur etdiyini, onu evində kilidlədiyini, sənədlərini aparmağa cəhd etdiyini söyləyib.

Levişin “X” paylaşımlarından birinin altında bir istifadəçi şərh yazıb: “Meymun, izləyici toplamaq üçün hekayə uydurmusan. Sən bizi axmaq hesab edirsən?”

“Mən meymunamsa, o kimdir?” – Leviş cavabında yazıb.

Aut.az