İtaliya

“Milan” liderini satmağa razılaşdı: Qiyməti bəllidir

“Milan”ın portuqaliyalı cinah oyunçusu Rafael Leao yay transfer pəncərəsində İtaliya komandasından ayrıla bilər.

Aut.az xəbər verir ki, bu barədə  Nikolo Şira məlumat verib.

Mənbə bildirib ki, bir neçə xarici klub 26 yaşlı futbolçunun mümkün transferi ilə bağlı sorğu göndərib. Maraqlananlar arasında İngiltərə Premyer Liqasının nümayəndələri də var.

“Rossoneri” danışıqlara hazırdır və mümkün transfer üçün təxmini məbləği açıqlayıb. “Milan” oyunçusunu 70 milyon avro dəyərində qiymətləndirir.

Qeyd etmək lazımdır ki, Leao 2019-cu ilin avqust ayından bəri “qırmızı-qaralar”da oynayır. Bu mövsüm o, klub səviyyəsində 24 oyun keçirib, on qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az