İtaliya

İtaliya futbolunda təkamül olub – Konte nəyi nəzərdə tutur?

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının hazırkı səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Kontenin sözlərini “Milan News” nəşri sitat gətirib.

“Səviyyə yüksəldi, İngiltərə liqası ilə müqayisədə bizdə intensivlik yox idi, halbuki bu gün çox artıb və məncə, daha yaxşı taktikalarımız var.

İstər məşqçilərdə, istərsə də futbola baxışda bir çox aspektlərdə təkamül olub və bunu Avropada da görmək olar. İtaliya komandasına qarşı oynamaq çətindir. “Fiorentina” ardıcıl iki finalda meydana çıxdı, “Atalanta” Avropa Liqasının qalibi oldu, “İnter” Çempionlar Liqasının finalına yüksəldi, Çempionlar Liqasında beş komanda – bütün bunlar İtaliyanın irəli getdiyinə və daha gözəl və çətin liqa olduğuna işarədir.

İtalyanlara müqavimət göstərmək həmişə çətin olub, bu gün biz çox böyümüşük və brendimiz dünyada həmişə önəmli olub”, – deyə Konte bildirib.

Aut.az