İngiltərə

Qvardiola xəbər verdi: “Siti”nin ulduzu ilk dəfə ata olub

 “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müsahibəsində komandasının hücumçusu Erlinq Haalandın ilk dəfə ata olduğunu etiraf edib.

Aut.az xəbər verir ki, Qvardiola bu barədə “Lester” üzərində qələbədən (2:0) sonra deyib. Forvardın özü bu hadisəni reklam etməyib. Oktyabr ayında norveçli qolu bayram edərkən həyat yoldaşı İzabelle Haugsengin hamiləliyinə işarə etmişdi.

“Bəzən hakimlər Erlinqi pis mühakimə edirdilər, amma bu, futbolun bir hissəsidir. Yorğundur, çox dəqiqə oynadı.

Bir neçə gün əvvəl o, ilk dəfə ata olub. Bu günlər onun üçün həyəcanlı günlər idi”, – deyə Qvardiolanın sözlərini “Daily Mail” sitat gətirib.

Aut.az