A seriyasının kəşfi üçün 35 milyon avro verirlər
Premyer Liqa klubu “Kristal Pelas” hazırda “Frozinone”də icarədə olan “Yuventus”un vingeri Matias Soule üçün 35 milyon avro təklif edib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
20 yaşlı argentinalı vinger A Seriyasının cari mövsümünün kəşflərindən birinə çevrilib. Soule artıq “Frozinone”nin heyətində İtaliya çempionatında 13 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə edib. İcarə müqaviləsi mövsümün sonuna qədərdir.
Soulenin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, transfer qiyməti 8 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
