Sol qolu tam sınıb – Atası onun zədəsindən danışdı
İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun atası Brayan Henderson 36 yaşlı futbolçunun DÇ-2026-da təsadüfən aldığı zədənin təfərrüatlarını bölüşüb.
Henderson Meksika ilə 2026-cı il Dünya Kubokunun 1/8 final matçından (3:2) sonra qələbəni bayram edərkən zədələnib.
Aut.az xəbər verir ki, “talkSPORT” Hendersonun atasından sitat gətirib:
“”Əvvəlcə elə bildim ki, o, sadəcə yıxılıb və bəlkə də biləyini sıyırıb. Cordanı xərək üzərində görənə qədər vəziyyətin bu qədər ciddi olduğunu bilmirdim. Dərhal orada olan şəxsi köməkçisinə nə baş verdiyini öyrənmək üçün mesaj yazdım və bütün gecəni xəbər gözləyərək oyaq qaldım. Sol qolunun sınığı var, tam sınıb. İndi gips vurulacaq, sonra isə hər şey mütəxəssislərin dediklərindən asılıdır”.
Aut.az
