Ronaldo getdi, bu oyuna biletlər kəskin ucuzlaşdı
İspaniya və Belçika arasında 2026-cı il Dünya Kubokunun 1/4 final matçının biletləri Portuqaliya və ABŞ-ın məğlubiyyətindən sonra kəskin şəkildə aşağı düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Mənbənin məlumatına görə, təkrar bazarda minimum bilet qiyməti 2950 dollardan 1175 dollara düşüb ki, bu da təxminən 60% azalma deməkdir. Matç yaxınlaşdıqca, qiymətlərin düşməyə davam etdiyi bildirilir.
Qiymətlərin düşməsi ABŞ və Portuqaliya milli komandalarının turnirdən kənarlaşdırılması ilə əlaqələndirilir. Komandalar 1/4 finala yüksəlsəydi, ev sahiblərinin iştirakı və portuqaliyalı hücumçu Kriştiano Ronaldonun populyarlığı səbəbindən biletlərə tələbatın xeyli artacağı gözlənilirdi.
Milli komandanın məğlubiyyətindən sonra bir çox azarkeş aldığı biletləri yenidən satışa çıxarıb və bu da təklifin kəskin artmasına və qiymətin düşməsinə səbəb olub.
İspaniya – Belçika matçı iyulun 10-da İnqlvudda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
