ÇL: Pley-offun pükatması bu tarixdə olacaq
UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Aut.az xəbər verir ki, keçirilən son görüşlərdən sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Qitənin bir nömrəli klub turnirinin bu mərhələsinə 8 ölkənin təmsilçisi yüksəlib. Yalnız İspaniya klublarının hamısı qrup mərhələsini uğurla başa vurub. “Top-5” liqalardan Bundesliqa 3 və Seriya A 3, Premyer Liqa 2, Liqa1 isə 1 komanda ilə pley-offda mübarizə aparacaq. Portuqaliya, Niderland və Danimkarkadan isə 1 klub bu hüquqa yiyələnib.
Pley-offun püşküatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Bu mərhələnin görüşləri isə gələn ilin fevral ayından başlayacaq.
“Real”, “Real Sosyedad”, “Atletiko” M, “Barselona” (İspaniya)
“Bayern”, “Borussiya” D, “RB Leypzig” (Almaniya)
“Napoli”, “İnter”, “Latsio” (İtaliya)
“Arsenal”, “Mançester Siti” (İngiltərə)
PSJ (Fransa)
“Porto” (Portuqaliya)
PSV (Niderland)
“Kopenhagen” (Danimarka)

