Çempionlar Liqası

Çempionlar Liqası: PSJ “Bavariya”ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək.

Aut.az xəbər verir ki, ilk matçda son çempion PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gələcəklər.

Luis Enrikenin baş məşqçisi olduğu parislilər rəqibini Fransada qəbul edəcək. Qarşılaşma “Park de Prens” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko Madrid” İspaniyada London “Arsenal”ını qonaq edəcək.

UEFA Çempionlar Liqası
1/2 final, ilk oyun
28 aprel

23:00. PSJ (Fransa) – “Bayern Münhen” (Almaniya)