İtaliya

Mövsümün ilk istefası

İtaliya A Seriyasında məşqçi istefası reallaşıb. 

Aut.Az xəbər verir ki, “Empoli” rəhbərliyi komandanın baş məşqçisi Paolo Zanettini istefaya göndərmək barədə qərara gəlib. Rəhbərlik “Roma”ya 0:7 hesablı biabırçı məğlubiyyəti ona bağışlamayıb. Bu barədə “Sky Sport İtalia” məlumat yayıb.

Klubdan hələlik rəsmi açıqlama olmasa da, mənbə tərəflərin əməkdaşlığı dayandırdığını vurğulayıb.

“Empoli”nin yeni çalışdırıcısının əvvəllər onu çalışmış Aurelio Andreazzoli olacağı gözlənilir.

“Empoli” İtaliya çempionatının yeni mövsümünə uğursuz başlayıb. Komanda 0:12 ümumi top fərqi ilə dörd məğlubiyyət alıb. Dörd turun nəticələrinə görə, Empoli A Seriyasının turnir cədvəlinin son pilləsindədir.