“Real” Rüdigerlə bağlı hansı addımı atacaq?
“Real” klubu müdafiəçisi Antonio Rüdiger ilə müqaviləni uzada bilər.
Aut.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira yayıb.
Məlumata görə, İspaniya klubu 33 yaşlı almaniyalı oyunçunun mövsüm sonuna qədər olan mövcud müqaviləsini bir il müddətinə artırmaq istəyir.
Avropanın digər aparıcı klubları isə Rüdigerlə yeni sözləşmə imzalanmadığı halda onu transfer etmək imkanını nəzərdən keçirirlər.
Cari mövsümdə Antonio Rüdiger bütün turnirlər üzrə klub səviyyəsində 18 matç keçirib və bir qol vurub.
Aut.az
