Dünya cempionatı

Prezident son nöqtəni qoydu: İraq DÇ-2026-nın pley-off oyunu üçün Meksikaya gedə biləcək?

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən İraq millisi qarşıdakı dünya çempionatının pley-off oyunu üçün Meksikaya yollana biləcək.

Aut.az xəbər verir ki, bu barədə İraq Futbol Assosiasiyasının prezidenti Adnan Dircal məlumat verib. O bildirib ki, milli komanda həftənin sonunda xüsusi reyslə səfərə yollanacaq. Federasiya artıq xaricdə çıxış edən iraqlı futbolçuların beynəlxalq oyunlar pəncərəsindən əvvəl milliyə qoşulması üçün bir neçə klubla əlaqə saxlayıb.

Qrem Arnoldun rəhbərlik etdiyi İraq millisi Surinam millisi ilə Boliviya millisi arasında keçiriləcək pley-off oyununun qalibi ilə qarşılaşacaq.

Həmin qarşılaşmanın qalibi dünya çempionatının qrup mərhələsinə vəsiqə qazanacaq və Fransa millisi, Seneqal millisi və Norveç millisi ilə birlikdə I qrupunda yer alacaq.

Aut.az