Dünya cempionatıDünya futboluİspaniya

Zədəli Mbappe Fransa millisinin düşərgəsinə qoşulacaq?

“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniya çempionatında “Vilyarreal”la (3:1) oyunda zədələnməsinə baxmayaraq, oktyabr ayında milli komandanın toplanışına qatılacaq.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu sağ topuq zədəsini ağırlaşdırıb, amma buna baxmayaraq, 6 oktyabrda yığmanın düşərgəsinə gəlməyi planlaşdırır. Bildirilir ki, “Real” rəhbərliyi Kilianın Madridə qalmasını istərdi.

Fransa millisi 2026-cı il dünya çempionatının Avropa seçmələrinin iki oyununu keçirəcək. 10 oktyabrda fransızlar evdə Azərbaycanla, 13 oktyabrda isə səfərdə İslandiya ilə qarşılaşacaqlar.

Aut.az