Dünya cempionatıDünya futbolu

İranın DÇ-2026-ya qatılmaq üçün bir şərti var

İran 2026-cı il futbol üzrə dünya çempionatında iştirakı üçün şərt irəli sürüb.

Aut.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Əhməd Donyamalin açıqlama yayıb. O, yalnız ABŞ-da futbolçuların təhlükəsizliyinə tam zəmanət veriləcəyi halda turnirdə çıxış etməyə razı olacaqlarını bildirib:

“Əgər ABŞ-da İran millisinin oyunçularının təhlükəsizliyi təmin olunarsa, biz dünya çempionatına gedəcəyik. Yekun qərarı hökumət və Milli Təhlükəsizlik üzrə Ali Şura verəcək. Ola bilər ki, komanda ümumiyyətlə getməsin, amma iştirak edəcəksə, tam hazır vəziyyətdə olmalıdır”.

Daha əvvəl İran millisinin oyunlarının Meksikaya köçürülməsi variantı müzakirə olunsa da, FİFA bu ideyadan imtina edib.

Aut.az