Dünya cempionatıDünya futbolu

“Qızıl top”un qalibi Ronaldo haqda: Mən demişdim axı…

İngiltərə millisinin keçmiş hücumçusu və “Qızıl top” mükafatçısı Maykl Ouen növbəti dəfə Kriştiano Ronaldonun 2026-cı il dünya çempionatındakı çıxışı barədə danışıb.

41 yaşlı portuqaliyalı Konqo DR ilə matçda (1:1) qapıya bir dəfə də olsun zərbə endirə bilməsə də, Özbəkistanla oyunda iki qol vurub (5:0).

Aut.az xəbər verir ki, “Daily Mail” qəzeti Ouenin sözlərini sitat gətirib:

“Mən demişdim axı Kriştiano Ronaldo ilk oyunda qol vura bilmədikdən sonra onu hesabdan silmək gülüncdür.

Üstəlik, demişdim ki, o, meydana çıxıb Özbəkistana qarşı het-trik edəcək. Azca yanıldım, o, cəmi iki qol vurdu!

Amma biz onun nələrə qadir olduğunu gördük və bunu yenidən edəcək. Tənqidlər Ronaldonu motivasiya edir və bu, Portuqaliya üçün müsbət haldır”.

Aut.az