Formula 1

Ziddiyyətli vəziyyət: Ferstappen Formula 1-dəki gələcəyi haqda

Dördqat dünya çempionu, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen qaydalardakı dəyişiklikdən sonra ziddiyyətli hisslər keçirdiyini etiraf edib.

Aut.az xəbər verir ki, “Motorsport” Ferstappenin sözlərini sitat gətirib:

“Mən təslim olmaq istəmirəm. Əlbəttə ki, daha çox əylənmək istərdim, amma məni xoşbəxt edən başqa şeylərim də var. “Nordschleife”də yarışacağam. Fərqli şeyləri birləşdirirəm və mənə zövq verəcək başqa bir şey axtarıram.

Bu, bir az ziddiyyətli vəziyyətdir, çünki mən maşını o qədər də bəyənmirəm, amma komandadakı insanlar və mühərrik şöbəsi ilə işləməkdən zövq alıram. Ona görə də ayrılmaq istəmirəm. Amma ümid edirəm ki, vəziyyət yaxşılaşacaq. F1 və FIA ilə söhbətlərim olub”.

Aut.az