Basketbol

Azərbaycan millisi ilk oyunda uduzdu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.

Aut.az xəbər verir ki, B qrupunda yer alan yığma birinci oyununda Kanada ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 16:10.

Milli saat 16:05-də meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək. Yığma sabah İspaniya ilə görüşəcək.

Turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.