İngiltərə

İngiltərə dünən öyünürdü, bu gün isə… – Kim sağ çıxacaq?

Pley-off mərhələsinin başlamasından əvvəl Premyer Liqa əlamətdar bir nailiyyətlə öyündü: Avropa yarışlarında start götürən doqquz klubun hamısı mübarizəni davam etdirdi.

Amma 1/8 final mərhələsinin ilk oyunları onların bir çoxunun Avropa baharından sağ çıxmaq şansını xeyli azaltdı.

Aut.az xəbər verir ki, “Opta” superkompüterinə görə, yalnız “Arsenal” (“Bayer”lə sfərdə 1-1) və “Liverpul” (“Qalatasaray”la səfərdə 0-1) dörddəbir finala çıxmaq üçün yaxşı şansa malikdir. Ruhsuz maşın hesab edir ki, evdə “Barselona” ilə 1-1 hesablı heç-heçə edən “Nyukasl”, “Mançester Siti” (“Real”la 0:3), “Çelsi” (PSJ ilə 2:5) və “Tottenhem” (Atletiko ilə 2:5) artıq Premyer Liqada keçiriləcək daxili qarşılaşmalara hazırlaşa bilərlər.

Aut.az