Köməkçisi “tülkülər”in yanına gedir
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Entso Mareska “Lester”in baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 43 yaşlı italiyalı ötən mövsüm Premyer Liqanı tərk edən “Lester”in baş məşqçisi postunu tutmağa əsas namizəddir.
“Tülkülər”ə hazırda Din Smit rəhbərlik edir.
Mareska “Lester”ə təyinat alarsa, karyerasında ikinci dəfə baş məşqçi postunu tutacaq. O, daha əvvəl 2021-ci ildə “Parma”da oxşar vəzifədə çalışıb.
Aut.az
