İngiltərə

Pep başqa musiqi eşitməyib – Hara düşdüyünü anlamayacaq

Rio Ferdinand “Mançester Siti”nin Çempionlar Liqasına vəsiqə qazana bilməməsi variantı haqda danışıb.

“Mançester Siti” Premyer Liqanın 28-ci turunda səfərdə “Nottingem Forest” ə uduzub (0:1). “Şəhərlilər” turnir cədvəlində 4-cü yerdədir.

“Pepin düşündüyü yeganə şey budur. O, başqa musiqi eşitməyib, yalnız Çempionlar Liqasının himnini eşidib. O, Avropa Liqasının himninin nə olduğunu bilmir. Pep hara düşdüyünü anlamayacaq.

Bununla necə məşğul olacağını bilməyəcək. Düşünmürəm ki, onlar bu cür təcrübə və keyfiyyətə malik komandadan bunu gözləsinlər”, – “Mançester Yunayted”in sabiq oyunçusu “TNT Sports”a deyib.

Aut.az