Bakıya “şad xəbər” – Azərbaycan Qran-Prisi bu tarixdə keçiriləcək
FİA “Formula 1” üzrə dünya çempionatnın yeni mövsümünün təqvimini açıqlayıb.
Aut.az xəbər verir ki, Azərbaycan Qran-Prisinin vaxtı müəyyənləşib. Bakıdakı yarış mövsümün 17-ci mərhəsi olacaq və 13-15 sentyabr tarixlərində keçiriləcək. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, “Formula 1″də yeni mövsümə fevralın 29-da Bəhreyndə start veriləcək. 24 mərhələdən ibarət olacaq marafona dekabrın 6-da Abu-Dabidə yekun vurulacaq.
