Formula 1

Tənqidlərdən qurtulmaq üçün yol göstərdi: Burnumuzun dibindən…

“Red Bull” pilotu Maks Ferstappen televiziya verilişləri zamanı stüardların tənqid olunmasından qurtulmağın yolunu göstərib.

Aut.az xəbər verir ki, niderlandlı FİA-ya tövsiyə edib ki, bunun üçün komandanın radio danışıqlarının yayımını dayandırmaq lazımdır.

“Əvvəlcə onlara deyərdim ki, radio danışıqlarını yayımlamayın. O zaman problemin çoxunu həll etmiş olacaqsınız. O zaman insanlar onları eşitməyəcək və sadəcə nə dediklərini bilməyəcəklər.

Hər idman növündə müəyyən qərar veriləndə pis söz deyəcək narazı adamlar olacaq, amma hər yerdə sənin burnunun dibində mikrofon yoxdur. Amma burada insanlar hər şeyi eşidir və sosial şəbəkələrdə müzakirə edə bilirlər. Hər şeyin başladığı yer budur.

Təbii ki, bu, təkcə məmurlara deyil, bütövlükdə bütün idmana aiddir. Ona görə də düşünürəm ki, bu, təkcə stüardlara və FİA əməkdaşlarına şamil edilməməlidir”, – deyə Ferstappenin sözlərini “De Telegraaf” sitat gətirib.

Aut.az