O da komandasını dəyişir
İspan pilot Karlos Sayns növbəti Formula 1 mövsümündə “Alpin” komandasına qoşulacaq.
Aur.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, pilot Fransa komandasına keçməyə razılaşıb.
Qeyd edilir ki, qərar qəbul edərkən Sainz üçün maliyyə məsələsi fundamental məsələ olmayıb. “Alpin”ə keçiddə həlledici rolu bir müddət əvvəl komandanın icraçı məsləhətçisi postuna təyin olunmuş Flavio Briatore oynayıb.
Bildirilir ki, 2026-cı ildən Fransa yarış komandasının “Mercedes” mühərrikləri ilə çıxış etməsi də ispaniyalının qərarına təsir edib.
Xatırladaq ki, Sayns cari Formula 1 mövsümünün sonunda “Ferrari”ni tərk edəcək.
Aut.az
