Formula 1

Formula 1 yarışında xoşagəlməz hadisə: Dovşanı vurdu – FOTO

“Alpin” pilotu Pyer Qasli “Emiliya-Romanya Qran-Prisi”nin birinci sərbəst yürüşü zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, o, trasa çıxan dovşanı vurub. Toqquşma nəticəsində heyvan ölüb, sürücünün bolidinin ön qanadı isə zədələnib.

“Çox kədərlidir. Əvvəlcə nə olduğunu anlamadım. Məlum oldu ki, trasdan keçmək istəyən dovşan imiş. Toqquşmadan qaçmaq mümkün deyildi, nəticədə ön qanad da ciddi zərər gördü. Təəssüf ki, bu, dovşan üçün son oldu. Mənim isə bolidin ön qanadı qırıldı. Yəni, nə yaxşı vəziyyət, nə də yaxşı sessiya sonluğu oldu”, – deyə Qasli bildirib.

İmola trasında keçirilən birinci sərbəst yürüşdə 29 yaşlı pilot altıncı, ikinci sessiyada isə üçüncü nəticə göstərib.

Şənbə günü “Emiliya-Romanya Qran-Prisi”nin üçüncü sərbəst yürüşü və sıralama turu baş tutacaq. Əsas yarış bazar günü, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Aut.az

Formula 1 yarışında xoşagəlməz hadisə: Dovşanı vurdu - FOTO