Flik iclas keçirdi: Futbolçulardan görün nə tələb edir
“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın uğursuzluq dövrünün uzanmayacağına ümid edir.
Aut.az xəbər verir ki, “göy-qırmızılar” son iki oyunda məğlub olublar. Əvvəlcə İspaniya Kubokunun ilk yarımfinal matçında “Atletiko” tərəfindən darmadağın ediliblər (0:4), daha sonra isə La Liqada “Jirona” ilə derbidə uduzublar – 1:2.
Jurnalist Karlos Monfortun məlumatına görə, cümə axşamı Flik məşqçilər heyəti və futbolçuların iştirakı ilə vəziyyətin ətraflı müzakirəsi üçün uzun iclas keçirib. Almaniyalı mütəxəssis vurğulayıb ki, mövsümün hazırkı mərhələsində komanda tempdən düşə bilməz və o, artıq növbəti oyundan düzgün reaksiya gözləyir.
Toplantıda həmçinin ötən mövsüm “Barselona”ya uğur qazandıran taktiki prinsiplərə ciddi əməl olunmasının vacibliyi də qeyd olunub.
Aut.az
