İspaniya

“Barselona” bu mövqeyə yeni namizəd tapdı

“Liverpul”un vingeri Luis Diaz “Barselona”nın diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, İspaniya nəhənginin rəhbərliyi hücumun sol cinahını gücləndirmək üçün əsas variant kimi məhz 28 yaşlı futbolçunu hesab edir.

Kataloniyalılar artıq “Atletik”dən Niko Uilyamla o qədər də maraqlanmırlar. Karyerasının ən yaxşı mövsümlərindən birini keçirən Luis Diasdan fərqli olaraq, Niko bu kampaniyada əla performans göstərmir. “Barselona” “Liverpool”un Luiz üçün danışıqlara açıq olduğuna inanır.

Qeyd edək ki, bu mövsüm Luis Diaz klub səviyyəsində 30 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az