Alonso Arda haqda danışdı: O, hər şeyi yaxşı edir, amma…
“Real” klubunun baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçisi Arda Gülerin bacarıqları haqqında danışıb.
Aut.az xəbər verir ki, Alonso türkiyəli futbolçunun müdafiə baxımından öz üzərində işləməli olduğunu qeyd edib:
“Arda epizodları əvvəlcədən hiss etməyə çalışmalıdır, sadəcə reaksiya verməklə kifayətlənməməlidir. Əgər mövqeyin düzgün olarsa, mübarizəyə daha tez qoşulursan. Bu, onun keçməli olduğu bir prosesdir. İnkişaf etmək üçün vaxta ehtiyacı var. O, hər şeyi yaxşı edir və biz ona böyüməsində yardım etməyə davam edirik. O, səhvlər edə bilər və bunları qəbul etməlidir.
Onun çoxlu üstün cəhətləri var, o, xüsusi bir oyunçudur. Verə biləcəyi ötürmələrin çeşidi genişdir və onunla biz daha yaxşı oynayırıq. Pressinqdə yaxşıdır, amma hələ də öyrənməli və inkişaf etməli olduğu məqamlar var. Türkiyədə ondan böyük ümidlər gözləyirlər və biz də onu peşəkar oyunçuya çevirmək üçün dəstək verməliyik”.
Aut.az
