AlmaniyaDünya futbolu

Kompanini təsirləndirən futbolçu: Nə Messidir, nə də Ronaldo

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani futbolda onu ən çox təsirləndirən və idealı olan oyunçuların adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, “A Bola” qəzeti Kompaninin sözlərini sitat gətirib:

“Messi və Ronaldo fenomenaldırlar, amma Ronaldinyo məni oyunda ən çox təsirləndirdi. Onu tanıyırsınız, elə deyilmi?

Marsel Desayinin yəqin ki, “FİFA əfsanəsi” kartı var. O, mənim kumirim idi. Güclü müdafiəçi idi, Fransa ilə Dünya Kubokunu qazandı və mənə böyük ilham verdi”.

Bu mövsüm Kompaninin rəhbərliyi altında “Bavariya” Almaniya Bundesliqasında 57 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Aut.az