Sirr indi açılır: “Real” Neymara ”Barsa”dan bu qədər çox pul verirmiş
“Real Madrid” Neymara “Barselona”dan 100 milyon avro çox ödəməyə razı imiş.
Aut.az xəbər verir ki, bu barədə agent Andre Kryu məlumat verib.
– Neymar hələ “Santos”da olarkən onunla “Real” arasında nə baş vermişdi?
– “Real” Neymara “Barselona”dan 100 milyon avro daha çox təklif etdi. 100 milyon avro. Futbolçu, açıq-aydın mənim köməyimlə “Barselona”ya keçməyi seçdi, çünki mən o vaxt onlar üçün işləyirdim. Bəlkə də Madriddə çalışsaydım, Neymar orada olardı (gülür).
Aut.az
