Tennis

Bu tarixdə qayıdır

“Böyük Dəbilqə”nin 23 qat çempionu Serena Uilyams bu mövsümün mart ayında korta qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Rotenberq məlumat verib.

Beynəlxalq Tennis Bütövlüyü Təşkilatı (ITIA) Serena Uilyamsın da daxil olduğu bərpa siyahısını yeniləyib. İdmançı altı aylıq antidopinq testi hovuzuna yenidən daxil olmasını 22 fevralda başa vuracaq. Uilyams Mayami və ya İndian Uellsdə korta çıxa bilər.

Aut.az