Mənim günəşlərim: Kurnikova övladlarının FOTOSUNU paylaşdı
Keçmiş rusiyalı tennisçi Anna Kurnikova uzun müddətdir həyat yoldaşı olan müğənni Enrike İqlesiasla birlikdə böyütdüyü övladlarının fotosunu pərəstişkarları ilə bölüşüb.
Aut.az xəbər verir ki, xoşbəxt ana, üç böyük uşağının 17 dekabr 2025-ci ildə dünyaya gələn yeni ailə üzvünün ətrafında çəkdirdiyi şəklini paylaşıb.
Yeddi yaşlı əkizlər Lüsi və Nikolas, eləcə də beş yaşlı Meri yeni doğulmuş körpəni nəvazişlə qucaqlayıblar.
Kurnikova sosial media paylaşımında “Mənim günəşlərim” şərhini yazıb.

Aut.az
