Tennis

Cokoviç bu turnirdən imtina etdi: Səbəbi nədir?

Dünya reytinqində dördüncü pillədə qərarlaşan, 38 yaşlı serbiyalı Novak Cokoviç yanvarın 12–17-si aralığında Avstraliyanın Adelaida şəhərində keçiriləcək ATP 250 seriyalı turnirdə iştirak etməyəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, əfsanəvi tennisçi bu barədə “Instagram” hesabında paylaşım edib.

“Adelaidadakı bütün azarkeşlərimə: Təəssüf ki, fiziki baxımdan hələ tam hazır olmadığım üçün gələn həftə bu turnirdə oynaya bilməyəcəyəm. Bu, mənim üçün şəxsi olaraq çox məyusedicidir, çünki iki il əvvəl bu turnirdə qazandığım qələbə ilə bağlı çox gözəl xatirələrim var. Geri qayıtmağı həqiqətən səbirsizliklə gözləyirdim, çünki buradakı oyunlar mənə evdə oynayırmışam kimi hiss etdirirdi.

Hazırda bütün diqqətim “Australian Open”-ə hazırlığa yönəlib. Tezliklə Melburna gəlməyi və Avstraliyadakı bütün tennis azarkeşləri ilə yenidən görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Cokoviç yazıb.

Novak mövsümə Australian Open-də başlayacaq. Serbiyalı tennisçi bu turnirin qalibi 10 dəfə olub. Son iki mövsümdə isə Melburnda yarımfinal mərhələsinə qədər irəliləyib.