Mümkün deyil: Şevçenko ruslara qarşı aparılan mübarizədən danışdı
Andrey Şevçenko rusiyalıların beynəlxalq futbola qayıtmasının qarşısını almaq üçün özü və komandasınıngördüyü iş haqda danışıb.
Aut.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının prezidenti bu barədə “Futbol evi”ndə keçirilən mətbuat konfransında bildirib.
Ukrayna Futbol Assosiasiyasının rəhbərinin sözlərinə görə, onlar insanlara Ukraynadakı müharibəni xatırlatmaq üçün hər fürsətdən istifadə edirlər.
“Bizi dəstəkləyən ölkələrin koalisiyasını qorumalıyıq. İsveç Futbol Assosiasiyasının prezidenti çıxış edərək bunun mümkün olmadığını söylədi. Düşünürəm ki, bizi dəstəkləyəcək və bu mövqeyi sona qədər qoruyacaq bir sıra ölkələr var. Bu mövqe mövcud olduğu müddətcə, bu mümkün deyil. Hər dəfə görüşəndə mövqeyimizi sübut etməliyik.
İnsanlar daim tərəfləri dəyişirlər, ona görə də bizim işimiz budur – insanlara Ukraynadakı müharibənin bitmədiyini xatırlatmaq. İnanın mənə, Avropa və digər ölkələr fərqli bir həyat yaşayır. Bəziləri hətta Ukraynadakı müharibənin davam etdiyini belə bilmirlər. Biz daim xatırladır və ünsiyyət qururuq – bu, qalib gəlməli olduğumuz bir mübarizədir. Bu, pərdəarxası baş verir, amma mübarizə aparılmalıdır”, – deyə Şevçenko bildirib.
Qeyd etmək lazımdır ki, mətbuat konfransı zamanı Andrey Şevçenko həmçinin Canni İnfantinonun rusiyalı futbolçuların beynəlxalq yarışlara qayıtması ilə bağlı mübahisəli açıqlamasına da toxunub. O, FIFA prezidenti ilə görüşmək planlarını açıqlayıb.
Aut.az
