Tennis

Onu əfsanələrdən üstün tutdu

Yeddiqat Böyük Dəbilqə çempionu Con MakEnroe Karlos Alkarası həyatında gördüyün ən istedadlı gənc tennisçi adlandırıb.

Aut.az xəbər verir ki, onun fikrincə, 22 yaşlı ispan əfsanəvi Roje Federer, Rafael Nadal və Novak Cokoviçdən üstündür.

“Karlos Alkaras tennis kortunda gördüyüm ən istedadlı gənc oyunçudur. O, hətta çox hörmət etdiyim Roje Federer, Nadal və Cokoviçdən də üstündür. Mən Rod Laveri bütləşdirirdim, Pit Samprasa qarşı oynadım, amma bu oğlan formada olanda inanılmaz dərəcədə istedadlıdır. O, kortda ən sürətli, addımlayan oyunçulardan biridir, şəxsiyyət və görkəmli bir xarakterdir. O, hər vuruşun ustasıdır”, – deyə MakEnroe deyib.

Aut.az