Əfsanəvi idmançı ağır qəza keçirdi: Huşsuz vəziyyətdədir
“İsrail Premier Tech” komandasının əfsanəvi britaniyalı velosipedçisi Kris Frum məşq zamanı ağır qəza keçirib.
Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Hadisə çərşənbə günü, avqustun 27-də Fransanın cənubunda baş verib. Frum avtomobillə toqquşub.
40 yaşlı britaniyalının beş qabırğası və bel fəqərəsi sınıb. İdmançı Tulon şəhərindəki xəstəxanada huşsuz vəziyyətdədir. O, cümə axşamı, avqustun 28-də əməliyyat olunacaq.
Frum öz nəslinin ən uğurlu velosipedçilərindən biridir. Karyerası ərzində dörd dəfə “Tour de France”, iki dəfə “Vuelta”nın qalibi olub.
Aut.az
