BOK daha 4 rusiyalı idmançını olimpiadaya buraxdı
Beynəlxalq Olimpiya Komitəsi ( BOK ) 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün daha dörd rusiyalı idmançıya dəvət göndərib.
Aut.az xəbər verir ki, alp xizəkçiləri Yuliya Pleşkova və Semyon Yefimov, eləcə də Darya Olesik və Pavel Repilov 2026-cı il Olimpiya Oyunlarına dəvət alıblar.
Daha əvvəl doqquz rusiyalı idmançı 2026-cı il Oyunlarına dəvət almışdı.
Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində Milan və Kortina d’Ampezzo şəhərlərində keçiriləcək.
Aut.az
