“Qarabağ”ın rəqibi ukraynalı istedadı aldı
Donetsk “Şaxtyor”u və Lissabonun “Benfika” klubları ukraynalı yarımmüdafiəçi Georgi Sudakovun transferi ilə bağlı razılığa gəliblər.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Rui Pedro Braz və Dario Srna 27 milyon avro və bonus olaraq 5 milyon avroya transfer barədə razılığa gəliblər. Bundan əlavə, Donetsk komandası ukraynalının gələcək satışlarının 20%-nə sahib olacaq.
Xatırladaq ki, bu, klublar arasında ilk transfer deyil; daha əvvəl “mədənçilər” “Benfika”dan Pedrinyonu 18 milyon avroya alıb, “qartallar” Anatoli Trubini 10 milyon, David Neresi isə 15,3 milyon avroya alıb.
Georgi Sudakov “Şaxtyor”un gənc futbolçusudur. Yarımmüdafiəçi əsas komandada debütünü 24 oktyabr 2020-ci ildə 18 yaşında “Vorskla” ilə matçda edib.
O vaxtdan bəri Sudakov bütün turnirlərdə 148 oyun keçirib, 35 qol vurub və 26 məhsuldar ötürmə edib. 22 yaşlı yarımmüdafiəçi ikiqat Ukrayna çempionu, kubokun ikiqat qalibidir. Bundan əlavə, 2023/2024 mövsümündə o, UPL-in ən yaxşı oyunçusu kimi tanınıb.
Qeyd edək ki, “Benfika” ŞL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
