Ruslarsız daha maraqlı və ədalətlidir – Ukraynalı idmançı
Ukraynalı gimnast Mariya Vısoçanskaya müsahibəsində bədii gimnastikanın Rusiyasız daha ədalətli və maraqlı olduğunu bildirib.
Aut.az xəbər verir ki, Mariya bu barədə Ukraynanın “Oboz” saytına danışıb:
“Gimnastika çoxları üçün daha ədalətli və maraqlı olub. Deməzdim ki, onlar xüsusilə səbirsizliklə gözlənilir, amma orada olmaq üçün çox çalışırlar. Və onlar maarifləndirmə baxımından çox şey edirlər”.
Eyni müsahibədə Vısoçanskaya Rusiya və Belarus idmançıları ilə yarışmağın zehni olaraq çox çətin olduğundan şikayətlənib.
Aut.az
