49 yaşlı Oksananın hədəfi: 2028-ci il olimpiadası
Bədii gimnastika üzrə üçqat dünya çempionu Oksana Çusovitina 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, 53 yaşlı özbəkistanlı idmançı azarkeş tərəfindən “İnstaqram”da “növbəti Olimpiada üçün cəhd edəcəksinizmi” sualına “Bəli!”, – deyə cavab verib.
Qeyd edək ki, bu ay 49 yaşı tamam olacaq Çusovitina tarixdə 7 Yay Olimpiya Oyunlarında iştirak edən yeganə gimnastdır. Buxarada anadan olan idmançı SSRİ və Almaniya yığmalarının heyətində mübarizə aparıb və hazırda Özbəkistanı təmsil edir. 1992-ci il Olimpiya qızılından əlavə, 2008 Pekin Oyunlarında da gümüş qazanıb.
Aut.az
