Gimnastika

Komaya salınan idmançının son durumu açıqlandı

Almaniyada keçirilən Universiada zamanı boynunun üzərinə uğursuz eniş etdikdən sonra ciddi zədə alan İtaliyanın idman gimnastı Lorenso Boniçelli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Aut.az xəbər verir ki, hadisədən sonra idmançı süni komaya salınıb. Lakin bu proses uzun çəkməyib.

İtaliya Gimnastika Federasiyasının rəsmi saytında verilən məlumata görə, Boniçellinin vəziyyəti sabitləşib və həyatına təhlükə yoxdur. O, artıq süni komadan çıxarılıb və sağalma əlamətləri göstərir.

Hazırda Lorenso reanimasiyadadır, ailəsi isə onun yanındadır.

Aut.az