Dopinqdə ilişdi, Olimpiadanı buraxacaq
Fransalı gimnast Cenna Larui antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Gimnast 6 ay müddətinə diskvalifikasiya edilib. Onun dopinq testində salbutamol aşkar edilib.
İdmançı iddia edir ki, dopinq qəbul etmək niyyəti olmayıb və qadağan olunmuş maddə müalicə məqsədilə istifadə etdiyi astma dərmanının tərkibində olub.
Bu səbəbdən Larui Paris Olimpiadasında iştirak edə bilməyəcək.
Aut.az
