Gələcəyi ilə bağlı qəti qərar verdi
“Liverpul”un kapitanı Vircil van Deyk gələcəyi ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, britaniyalı jurnalist Qrem Beylinin sözlərinə görə, Niderland millisinin 33 yaşlı müdafiəçisi klubda qalmağa qərar verib.
Van Deyk “Liverpul”la müqaviləsini uzatmaq istəyir. Hazırkı müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl mətbuatda van Deykin “Liverpul”u tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Van Deykin bu qərarı “Liverpul”un yeni baş məşqçisi Arne Slot tərəfindən müsbət qarşılanıb. O, həmyerlisinin komandada qalmasını çox istəyirdi.
Aut.az
