Gimnastika

Avropa çempionatı İsraildən alındı

İsrail 2025-ci ildə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edə bilməyəcək.

Aut.az xəbər verir ki, turnirin Təl-Əvivdə keçirilməsi nəzərdə tutulurdu. Lakin Avropa Gimnastikası İcraiyyə Komitəsi İsrail və Fələstin arasında münaqişə səbəbindən yarışın başqa ölkəyə keçirilməsinə qərar verib.

Qurum Avropa Çempionatına müraciətləri yenidən açıq elan edib.