Gimnastika

Lalə karyerasını bitirir? – Başqa sahədə davam edəcəm

Bədii gimnastika üzrə Rusiya milli komandasının lideri Lalə Kramarenko səhhəti ilə əlaqədar peşəkar karyerasını başa vura biləcəyini etiraf edib.

Aut.az xəbər verir ki, 20 yaşlı Kramarenko 2024-cü ilin yayında dizindən əməliyyat olunub.

“Hazırda bərpa prosesi gedir. Görəcəyik ki, necə irəliləyirəm və necə sağalıram. Əgər sağalsam, çıxış edəcəm, alınmasa, başqa sahədə davam edəcəm”, – TASS Kramarenkodan sitat gətirib.

Kramarenko 2021-ci ildə komanda yarışında Avropa çempionatının qalibi olub.

Aut.az