Gimnastika

Lalənin zədəsinə Dumadan reaksiya

Rusiya Dövlət Dumasının deputatı, üçqat olimpiya çempionu İrina Rodnina rusiyalı gimnast Lalə Kramarenkonun sağlam meniskinin çıxarılması xəbərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, o, Azərbaycan əsilli idmançının karyerasını bərpa edəcəyinə inanır:

“Hər şeyi şərh etməzdən əvvəl idmançının diaqnozunu və əməliyyatla bağlı bütün sənədləri bilmək lazımdır. Bircə onu deyə bilərəm ki, meniskis əməliyyatı çox çətindir. Ancaq eyni zamanda meniskisin özü yenidən bərpa olur. Düşünürəm ki, o, bundan sonra da rəqabət apara, yarışa bilər”.

Aut.az