Gimnastika

Dünya çempionu 23 yaşında karyerasını başa vurdu

İtaliyalı gimnast Milena Baldassarri karyerasını bitirdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, karyerası ərzində 23 yaşlı Baldassarri dünya çempionu və medalçı (iki gümüş və üç bürünc) olub. O, həmçinin Avropa çempionatında iki gümüş medal qazanıb. 2020-ci ildə Tokioda keçirilən Olimpiadada Baldassarri 6-cı yeri tutub ki, bu da İtaliya gimnastikası üçün ən yüksək nailiyyətdir.

“Mənim məhəbbətlə dolu bir ruhum var və bu həftələrdə gimnastika ilə vidalaşmaq üçün etdiyim seçimdən əminəm. Əmin olun, mən xoşbəxtəm və əminəm ki, həmişə böyük işlər görmək istəyən bu balaca uşağı xoşbəxt və qürurlu etdim”, – deyə o, sosial şəbəkə hesablarında paylaşım edib.

Aut.az