Lalə neytral status ala biləcək?
Rusiya milli komandasının azərbaycanlı gimnastı Lala Kramarenko yaxın zamanda beynəlxalq yarışlarda neytral statusla çıxış etməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, oktyabrda Tokioda keçiriləcək bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcəklər. Bu, Rusiya yığmasının üzvü olan gimnastlarının neytral statusla çıxış edəcəyi ilk turnir olacaq.
“Ümumiyyətlə hər şey yaxşıdır, bərpa prosesi tam sürətlə gedir. Ümid edirəm ki, tezliklə geri dönə biləcəyəm. Hazırda yavaş-yavaş konsertlərdə çıxış edirəm, mümkün olsa, bu il yarışlarda da iştirak etməyə başlayacağam.
Əlbəttə, ümid edirəm ki, zala qayıdanda neytral status alıb yarışlara gedə biləcəyəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu mümkün olacaq”, — deyə Kramarenko TASS-a bildirib.
