Qalmaqal: Qadağa götürülüb, amma mer Rusiya bayrağına icazə vermir
Kluj-Napoka şəhərinin meri Emil Bok Rumıniyada keçiriləcək beynəlxalq turnirdə Rusiya bayrağının nümayiş etdirilməsinə qarşı çıxdığını bildirib.
Aut.az xəbər verir ki, Kluj 26-28 iyun tarixlərində Bədii Gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Rusiya idmançıları Rusiya bayrağı altında yarışmağa icazə alıblar və qalib gəlsələr, dövlət himnini dinləyə biləcəklər.
Bokun sözlərinə görə, şəhər tədbirin fərqli şərtlər altında – Rusiya bayrağı və himni olmadan keçirilməsinə icazə verib.
“Turniri şəhərimizdə keçirməyə icazə verəndə bizə Rusiyanın yarış zamanı himni və bayrağından istifadə edə bilməyəcəyi bildirildi.
Mövqeyimi aydınlaşdırmaq istəyirəm: Rusiya himni Klujda səsləndirilməyəcək və idmançılar öz bayrağı altında yarışmayacaqlar. Biz bunun Avropa Birliyi ölkəsində baş verməsi ilə razı deyilik.
Buna görə də Rumıniya Gimnastika Federasiyasından turnir zamanı hər hansı bir problem və ya fikir ayrılığının qarşısını almaq üçün vəziyyəti aydınlaşdırmasını xahiş edirəm”, – “Media Fax” Bokanın sözlərini sitat gətirib.
Aut.az
