Ukraynalı hücumçu Türkiyədə klubunu dəyişir?
“Trabzonspor” qış transfer pəncərəsində ukraynalı hücumçu Danilo Sikanın transferi ilə bağlı razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə yerli “61saat” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub oyunçunun Türkiyə Super Liqasında çıxış edən “Kasımpaşa”ya icarəyə verilməsinə razılaşıb. İcarə müqaviləsi mövsümün qalan hissəsi üçün nəzərdə tutulub, lakin son qərar oyunçunun özündən asılıdır.
Daha əvvəl Sikanın karyerasını Danimarkada davam etdirə biləcəyi bildirilirdi.
“Trabzonspor” klubun baş məşqçisi Fatih Tekkenin planlarında Sikan yer almadığı üçün həm icarə, həm də tam transfer variantını nəzərdən keçirir.
Sikan bu ilin yanvar ayında “Şaxtyor”dan 6 milyon avroya transfer olunaraq “Trabzonspor”a qoşulub. Lakin o, əsasən əvəzedici kimi meydana çıxaraq əsas heyətdə yer tuta bilməyib. Bu mövsüm o, 15 oyunda iki qol vurub.
Aut.az
